Karrik hansı kluba təyinat alacaq?

16.11.2026 21:31 0
Dünya futbolu
Bir neçə gün əvvəl “Mançester Yunayted”in baş məşqçi vəzifəsindən azad edilən Maykl Karrikin işsiz günləri çox da çəkməyə bilər.

Yerli mənbələr onun adını “Vest Hem”ə birgə hallandırır. London klubunun rəhbərliyi Karrikə bir neçə gün əvvəl təyinat almış Skott Parkerə potensial xələf gözü ilə baxır.

Komanda Parkerin rəhbərliyi altında çempionşipdə keçirdiyi 2 oyunda 1 xal qazanıb. Nəticələr tezliklə yaxşılaşmayacağı halda Karrikin paytaxt klubuna təyinatı mümkündü.

“Vest Hem” 2-ci divizionda keçirdiyi 15 oyunda 23 xal yığmaqla 9-cu yeri tutur.