Həm rüsvayçı məğlubiyyət, həm də 3 itki

16.11.2026 19:29 0
Dünya futbolu
Millətlər Liqasının 5-ci turunun Danimarka ilə oyunu Portuqaliya yığması üçün ikiqat uğursuzluqla yadda qalıb.

Milli komandanın üç futbolçusu 1:4 hesabı ilə məğlub olduqları matçdan sonra yığmanın düşərgəsini tərk edib. Onlar müdafiəçi Ruben Diaş, yarımmüdafiəçilər Joao Palyinya və Bernardo Silvadı.

Portuqaliya Futbol Federasiyasının məlumatına görə, Diaş ilə Palyinya sarı vərəqə limitini doldurduqları üçün noyabrın 17-də Uelsə qarşı keçiriləcək oyunda iştirak edə bilməyəcəklər. Zədəsi olan Silva isə növbəti matçda oynamağa hazır olmadığı üçün düşərgəni tərk edib.