Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu

16.11.2026 22:49 0
Ölkə futbolu
Millimizin kapitanı Emin Mahmudova yığmanın heyətində sonuncu - 66-cı matçına çıxması münasibətilə xüsusi hədiyyə verilib.

"Football-plus.az" xəbər verir ki, AFFA-nın baş katibi Cahangir Fərəcullayev Andorra ilə yoxlama görüşü başlamazdan əvvəl yarımmüdafiəçiyə üzərində 66 nömrəsi olan forma təqdim edib.

2016-cı ildən Azərbaycan millisində çıxış edən “Neftçi”nin futbolçusu keçirdiyi 66 oyunda 15 qol vurub.