Maurisio Poçettinonun “Mançester Yunayted”ə təyinatından sonra sərəncamında olmasını istədiyi futbolçu müəyyənləşib.
İngiltərə klubu “Komo”nun yarımmüdafiəçisi Nikolas Pası transfer etməyi planlaşdırır. “Indykaila News”un məlumatına görə, argentinalı mütəxəssis 22 yaşlı futbolçunun transferinin gələn yay reallaşmasını istəyir. Klubun bu transferi reallaşdırmaq üçün kifayət qədər maliyyə imkanına malik olduğu da bildirilir.
Nikolas cari mövsümdə bütün turnirlərdə 14 oyunda meydana çıxıb, 6 qol vurub və 8 məhsuldar ötürmə edib. “Transfermarkt” onun bazar dəyərini 80 milyon avro qiymətləndirir.
Həmyerlisi Poçettinonun hədəfinə düşüb
Dünya futbolu





