• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Lans”ın qələbəsi ÇL-də qalmağa kifayət etmədi

Dünya futbolu

15-12-2023, 21:0

B qrupu
PSV – Arsenal 1:1 (0:1)
PSV (Eyndoven, Niderland): Benites, Teze, Ramalyo, Obispo, Junior, Van Anholt, Tillman (Til, 83), Saybari (Dest, 74), Bakayoko (Babadi, 74), Pepi, Vertessen (Oppeqor, 90).
Arsenal (London, İngiltərə): Ramsdeyl, Soareş (Rays, 61), Saliba (Uayt, 61), Qabriel, Kivyor, Elneni (Edeqor, 61), Jorjinyo, Haverts (Smit-Rou, 89), Nelson (Jezus, 89), Nketia, Trossar.
Qollar: Nketia, 42 (0:1). Vertessen, 50 (1:1).
Vərəqə: yoxdu.
Hakim: Tobias Ştiler (Almaniya).
12 dekabr. Eyndhoven. 35000 tamaşaçı.

oyunun statistikası
16 (4) qapıya (“çərçivə”yə) zərbə 15 (2)
4 künc zərbəsi 2
1 ofsayd 1
9 qayda pozuntusu 6
0 (0) sarı (qırmızı) vərəqə 0 (0)
45 topa sahibolma (faizlə) 55

"Football-plus.az" xəbər verir ki, B qrupunun liderlərinin qrup mərhələsini heç-heçə ilə bitirməsi yetərincə məntiqlidi. Komandalar bir-birinə dəyər, baxmayaraq ki, “topçular” ilk turda PSV-ni, sadəcə, darmadağın etmişdi (4:0). Bu oyunda isə “Arsenal” fasilə ərəfəsində rəqib qapısına yol tapdı. Amma meydan sahibləri ilk yarıda daha yaxşı təsir bağışladı. 2-ci hissənin əvvəlində, necə deyərlər, ədalət zəfər çaldı. Pepinin ötürməsindən sonra Vertessen tablodakı rəqəmləri eyniləşdirdi. Niderlandıların məğlubiyyəti ədalətsizlik olardı. Qonaqlar da “xaltura etmirdilər”, normal oyun göstərirdilər. Yəni heç-heçə tam ədalətli hesabdı, baxmayaraq ki, sonda “Arsenal” bir qədər üstün oynadı. Rəqiblər birlikdə Çempionlar Liqasının pley-offuna adladı ki, orda işləri heç də asan olmayacaq. Ayrı-ayrı fərdlərə gəlincə, meydan sahiblərindən Pepi ilə Vertessenin, qonaqlardan isə Saliba ilə Elneninin oyununu qeyd etməliyik.

Lans – Sevilya 2:1 (0:0)
Lans (Fransa): Samba, Qradit (Xusanov, 90+8), Danso, Medina, Aqilar, Mendi (Əl-Aynaui, 23), Əbdül Səməd, Frankovski, Sotoka, Koşta (Füljini, 72), Vai (Gilavoqi, 72).
Sevilya (İspaniya): Dmitroviç, Xuanlu, Qudel, Ramos, Salas, Pedrosa, Sou, Sumare, Rakitiç, Torres (Mir, 70), Ən-Nəsiri.
Qollar: Frankovski, 63-p. (1:0). Ramos, 79-p. (1:1). Füljini, 90+6 (2:1).
Vərəqələr: Əl-Aynaui, 37. Sumare, 61. Salas, 66. Medina, 75. Ramos, 80. Füljini, 86. Danso, 90+9. Mir, 90+9 – sarı
Hakim: Feliks Svayer (Almaniya).
12 dekabr. Lans. 37456 tamaşaçı.
oyunun statistikası
3 (2) qapıya (“çərçivə”yə) zərbə 10 (4)
0 künc zərbəsi 7
5 ofsayd 0
11 qayda pozuntusu 12
4 (0) sarı (qırmızı) vərəqə43 (0)
38 topa sahibolma (faizlə) 62

“Sevilya” sevimli Avropa Liqasının yaz mərhələsinə adlaya bilmədi. Əndəlüslər bu qrupda 3-cü yeri tutmaq üçün “Lans”ı səfərdə məğlub etməliydi. Alonsonun komandası ilk yarını yaxşı keçirdi. Böyük oyun üsyünlüyünə malik olan qonaqlar çoxlu künc zərbəsi yerinə yetirdi, bir neçə təhlükəli vəziyyət yaratdı, ancaq üstünlüyü heç cür maddiləşdirə bilmədi. Fasilədən sonra İspaniya klubunun hücum əməliyyatlarında yaradıcılıq azaldı. Meydan sahibləri oyunun axarını onlar üçün rahat olan rejimə keçirə bildi. 63-cü dəqiqədə isə Hayzın komandası hesabı açdı – Frankovski penaltini dəqiq yerinə yetirdi. “Sevilya” çox çətin vəziyyətə düşdü. Ancaq Ramos da dəqiq penalti zərbəsi ilə qonaqları müsbət nəticəyə ümidləndirdi. Düzdü, Alonsonun komandası oyunun sonunu istədiyi kimi keçirə bilmədi. Əndəlüslər bir dənə də real qol vəziyyəti yaratmadı. Üstəlik rəqibə hesabda önə keçmək imkanı da verdilər. Dmitroviçin qapısına yol tapan Füljini “Sevilya”nın 3-cü yerlə bağlı ümidlərini “dəfn etdi”. Avropa kuboklarının yazına qalmamaq İspaniya klubu üçün böyük uğursuzluqdu. Çempionatdakı turnir vəziyyətini də nəzərə alsaq, klub rəhbərliyi yaxın günlərdə Alonsoya “qapını göstərə” bilər.

1. Arsenal 6 4 1 1 16-4 13
2. PSV 6 2 3 1 8-10 9
3. Lans 6 2 2 2 6-111 8
4. Sevilya 6 0 2 4 7-12 2

Faktlar
* Ramos ÇL tarixinin ən məhsuldar müdafiəçisi oldu. O, “Lans”la oyunda penaltini dəqiq yerinə yetirməklə bu turnirdəki qollarının sayını 17-ə çatdırdı. Ramos Pike ilə Roberto Karlosu arxada qoymaqla müdafiə xəttinin oyunçuları üçün yeni rekord müəyyənləşdirdi.
* “Sevilya” ÇL-in tarixinə qrup mərhələsində bir qələbə də qazanmayan 5-ci İspaniya komandası kimi düşdü. Bu komandanın hesabında 2 heç-heçə və 4 məğlubiyyət var. “Sevilya”ya qədər “Deportivo” (2004/05), “Atletiko” (2009/10), “Vilyarreal” (2011/12) və “Real Sosyedad” (2013/14) da belə uğursuzla üzləşib.

Oyundan sonra
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi: “Qrup mərhələsini çox müsbət dəyərləndirirəm. Çox vacib nəticələr göstərdik, dəyərli təcrübə qazandıq. İndi bu fəsli fevrala qədər bağlamaq lazımdı. Düşünürəm ki, vəziyyət meydana daha çox gənc oyunçu buraxmaq üçün əlverişli deyildi. Onsuz da heyətdə 8 dəyişiklik etmişdik. Demək olar ki, iki ildi evdə uduzmayan komandaya qarşı yalnız gəncləri buraxmaq düzgün olmazdı”.

Serxio Ramos, “Sevilya”nın müdafiəçisi: “Turnirdə mübarizəni dayandırdığımıza görə çox məyusuq. Qalib gəlib Avropa Liqasına düşmək üçün yaxşı şansımız var idi. Düşünürəm ki, uduzmağımıza baxmayaraq, çox parlaq oyun keçirdik. Qapımıza penalti təyin olunanda başımı tutdum. Bu penaltini yalnız hakim gördü. Adətən, hakimlərin qərarlarını müzakirə etmirik, ancaq düşünürəm ki, bu gün baş verən qalmaqal idi. Belə oyunlarda xırda detallar çox vacibdi, həlledici əhəmiyyət daşıyır. Mən həmişə VAR-ın tərəfdarı olmuşam. Ona görə ki, texnologiya hakimlərə yardım edir, axı bir neçə saniyə ərzində çətin qərar verməli olurlar. Azarkeşlərin ağrısını və məyusluğunu anlayırıq, onların bizə qəzəblənməsi normaldı”.

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

24-09-2023, 13:0

“Arsenal” favoritdi, qalan komandalar 2-ci yer uğrunda oynayacaq

Çempionlar Liqası

5-10-2023, 23:0

“Lans” sürpriz qələbə qazandı, “Sevilya” sonda məyus oldu

Çempionlar Liqası

8-10-2023, 18:0

Favoritlərdən əzmkar qələbələr - TƏHLİL

Dünya futbolu

7-12-2023, 19:0

“Arsenal”: ardıcıl 6-cı qələbə, özü də 90+7-ci dəqiqədəki qolla!

Dünya futbolu

6-06-2022, 17:0

Qabriel Jezus "Arsenal"a keçməyə çox yaxındı

Aktual
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
Son xəbərlər
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Dünən, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Dünən, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Dünən, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Dünən, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Dünən, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Dünən, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Dünən, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Dünən, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Dünən, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Dünən, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Dünən, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Dünən, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Dünən, 10:20
    Milandan Turinə yollana bilər
  • Dünən, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Dünən, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • 11-08-2026, 23:0
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • 11-08-2026, 23:0
    "Hapoel" “Sabah”a rəqib oldu
  • 11-08-2026, 23:0
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • 11-08-2026, 22:0
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • 11-08-2026, 22:0
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • 11-08-2026, 21:0
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • 11-08-2026, 21:0
    Parisdən Madridə yollandı
Daha çox
Oxunub: 326
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 133
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 104
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə