''Beşiktaş''da ''qara siyahıya'' düşənlər komanda ilə məşqə çıxdı

17.12.2023 18:51 194
Dünya futbolu
''Beşiktaş''da bu həftənin əvvəlində əsas komandadan kənarlaşdırılan 5 futbolçu ilə bağlı yeni xəbər var.

"Football-plus.az" xəbər verir ki, məlum olduğu kimi ''Fənərbaxça'' ilə derbidəki zəif çıxışdan sonra futbol şöbəsinin rəhbəri Samet Aybabanın baş məşqçi Rza Çalımbayla məsləhətləşərək qəbul etdiyi qərara görə Vensan Abubakar, Erik Bayi, Valentin Rozye, Jan Onana və Rəşid Gezzal heyətdən kənarlaşdırılmışdı. Belə görünür, bu futbolçular artıq əfv olunub. Belə ki, komandanın dünənki məşqində Abubakar, Bayi, Onana ve Gezzal iştirak edib. Rozye isə zədə üzündən məşqi buraxmalı olub. Yeni başqan Hasan Aratın da son sözlərindən belə başa düşmək olar ki, bu futbolçular əfv edilib:
''Bəzi oyunçuları heyətdən kənarlaşdırmaqla bağlı verdiyimiz qərar faydalı oldu. Bu oyunçular bizimlə görüşərək bundan sonrakı dönəmdə əllərindən gələni edəcəklərini bildiriblər. Onların ümidlərimizi doğruldacaqlarına inanıram. Amma qış transfer dönəmində heyəti mütləq möhkəmləndirməyə çalışacağıq''.


ƏLİ