Elmar Baxşıyev yola salınır? – rəhbərlik cavab verdi

14.12.2023 16:01 240
Aktual / Premyer-liqa
“Qəbələ” Misli premyer-liqasının 16-cı turunda evdə “Kəpəz”ə məğlub oldu – 0:3.

Hazırda sonuncu pillədə qərarlaşan “qırmızı-qaralar”ın durumu ürəkaçan deyil. Heç tunelin sonunda işıq da görünmür. Görəsən, rəhbərlik bu nəticələrdən sonra Elmar Baxşıyevi postunda saxlayacaqmı? “Footbal-plus.az”ın sualını klubun baş meneceri Nail Kərimov cavabladı:

“Biz Elmar Baxşıyevə güvənirik. Nəticələrdən asılı olmayaraq, onunla yola davam etmək niyyətindəyik”.

GÜNAY SÜLEYMANOVA