"Football-plus.az" xəbər verir ki, bu hadisə, ümumiyyətlə, fanatların yasaq vasitələri tribunaya necə keçirməsiylə bağlı "Red Black Army"nin liderlərindən Nəriman Təbrizin fikrini öyrəndik:
"Pirotexniki vasitələri stadiona necə keçirməyimiz barədə danışmayacağıq, bu özümüzə aiddi. Bizə lazım olan o idi ki, həmin vasitələri içəri keçirərək komandamızın zəfərində istifadə edək. Polislərin müdaxiləsi sırf yandırıcı vasitələrlə qələbəni qeyd etməklə bağlı idi. Asayişi qoruyanlar bunu yandıran azarkeşlərimizə müdaxilə edib, onları stadiondan uzaqlaşdırmaq istəyirdi. Biz də buna etiraz etdik. Qarşı tərəf etirazımıza məhəl qoymayaraq yoldaşlarımıza müdaxilə etdikdən sonra biz də məsələyə qarışdıq. Çünki azarkeşlərimiz nə dava salmışdı, nə də nalayiq ifadələr səsləndirmişdi. Qələbəni qeyd etmək haqqımızdı.
Bizim də müdaxiləmizdən sonra ara bir qədər qarışdı, mübahisə oldu. Amma davadan söhbət gedə bilməz".
ABDULLA İSMAYILOĞLU



