"Union"dan iki transfer

27.01.2023 15:30 243
Dünya futbolu
Jerom Russiyon “Union”a keçib.

Football-plus.az xəbər verir ki, “Volfsburq”un ona görə nə qədər təzminat almasına rəsmən aydınlıq gətirilməyib. 30 yaşlı fransız müdafiəçinin 2018-ci ildən çıxış etdiyi “Volfsburq”da 128 oyuna 5 qol vurub 10 məhsuldar ötürmə etdiyini bildirək.

Yosip Yuranoviç də “Union”a transfer olunub. “Seltik” 27 yaşlı xorvatiyalı müdafiəçini berlinlilərə 8,55 milyon avroya satıb.