• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Favoritlərdən çətin qələbələr

Çempionlar Liqası

24-09-2023, 12:0

C qrupu
Real – Union 1:0 (0:0)
Real (Madrid, İspaniya): Arrisabalaqa, Vaskes, Rüdiger, Naço (Fran Qarsiya, 73), Alaba, Modriç (Dias, 80), Çuameni (Valverde, 66), Kamavinqa (Kroos, 65), Bellingem, Xoselu, Rodriqo.
Union (Berlin, Almaniya): Rönnov, Duxi, Bonuççi (Yekkel, 80), Leyte, Kral, Yuranoviç, Layduni (Aaronson, 66), Tuzar (Kemleyn, 83), Qosens, Bekker (Fofana, 80), Berens (Folland, 66).
Qol: Bellingem, 90+4.
Vərəqələr: Tuzar, 1. Çuameni, 37 – sarı.
Hakim: Espen Eskos (Norveç)
20 sentyabr. Madrid. 65207 tamaşaçı.

Madrid nəhəngi meydana heç də ideal heyətlə çıxmamışdı. Buna baxmayaraq “Real”ın hətta bu heyətlə də ÇL-in debütantına qarşı oyunda problem yaşayacağı gözlənilmirdi. Amma belə olmadı. “Kral klubu” xüsusilə ilk yarıda çox passiv nəzərə çarpdı. Böyük üstünlüyə rəğmən, komanda “çərçivə”yə cəmi 1 zərbə endirə bildi! Bütün komanda ilə müdafiə olunan Berlin təmsilçisi müdafiədə boşluq vermirdi. İlk yarının gedişində “Bernabeu”nun tribunalarında hətta fit səsləri də eşidilirdi. Bu oyun “Real”ın yaydakı transfer siyasəti barədə növbəti dəfə düşünməyə vadar etdi. Bütün diqqətini Mbappeyə yönəldən madridlilərin B planı olmadı. Tək Xoselu gözlənilən effekti vermir. Bu da artıq komandanın oyununda özünü göstərməyə başlayıb. “Real”ın açıq-aşkar dünya səviyyəli bir “9 nömrə”yə ehiyacı var. 2-ci hissədə mənzərə dəyişmədi. Sadəcə, “Real” daha həvəsli oynayaraq tempi artırdı. Rodriqonun 51-ci dəqiqədə dirəyə tuş gələn zərbəsini saymasaq, “Real” uzun müddət rəqib qapısı önündə heç nə yarada bilmirdi. Ançelotti Kroos ilə Valverdeni döyüşə atsa da, Berlin “avtobusunu” yarmaq heç cür mümkün olmurdu. Hər şey sensasiyalı bərabərliyə doğru gedirdi. Amma Bellingemin bununla bağlı öz planları var idi. Əsas vaxta əlavə olunan 4-cü dəqiqədə Valverdenin qüvvətli zərbəsindən sonra top Follanda dəyərək qapıçını çaşdırdı. Özünü yetirən Bellingem topu boş qapıya göndərməklə növbəti dəfə “Real”ın qəhrəmanına çevrildi! Qısda müddət ərzində artıq superulduz səviyyəsinə yüksələn Bellingem XXI əsrdə Kriştiano Ronaldo, İsko və Asensiodan sonra “Real”ın heyətində həm La Liqa, həm də ÇL-də debüt oyununda qol vuran 4-cü futbolçu oldu.

oyunun statistikası
31 (7) qapıya (“çərçivə”yə) zərbə 3 (0)
16 künc zərbəsi 1
4 ofsayd 1
8 qayda pozuntusu 11
1 (0) sarı (qırmızı) vərəqə 1 (0)
72 topa sahibolma (faizlə) 58

Braqa – Napoli 1:2 (0:1)
Braqa (Portuqaliya): Mateus, Qomes, Fonte, Niakate, Borxa (Marin, 85), Əl Musrati, Karvalyo (Salasar, 67), Calo (Banza, 77), Orta, Bruma, Ruis (Pitsi, 85).
Napoli (Neapol, İtaliya): Meret, Di Lorentso, Rrəhmani (Estiqor, 13), Juan Jezus, Olivera, Lobotka, Zambo-Angissa, Zelinski (Natan, 90), Politano (Raspadori, 66), Kvaratsxeliya (Elmas, 66), Osimhen (Simeone, 90).
Qollar: Di Lorentso, 45+1 (0:1). Bruma, 84 (1:1). Niakate, 88-öz qapısına (1:2).
Vərəqələr: Zambo-Angissa, 19. Osimhen, 41. Calo, 44. Fonte, 55. Politano, 56. Borxa, 66. Raspadori, 79. Olivera, 86. J.Jezus, 90+3 – sarı.
Hakim: Sərdar Gözübüyük (Niderland).
20 sentyabr. Braqa. 18422 tamaşaçı.
oyunun statistikası
16 (2) qapıya (“çərçivə”yə) zərbə 18 (6)
11 künc zərbəsi 10
1 ofsayd 3
14 qayda pozuntusu 12
3 (0) sarı (qırmızı) vərəqə 6 (0)
53 topa sahibolma (faizlə) 47

11 illik fasilədən sonra ÇL-in qrup mərhələsinə qayıdan “Braqa” İtaliya çempionunu büdrətməyə yaxın idi. Neapollular ilk yarıda böyük üstünlüyə malik olsalar da, yalnız bir dəfə fərqlənə bildilər. Yeri gəlmişkən, sağ cinah müdafiəçisi Di Lorentso ötən mövsümü də nəzərə almaqla artıq ÇL-də 3 qol vurub. O, bu müddətdə bu turnirdə ən məhsuldar müdafiəçidi! “Braqa” 2-ci hissədə doğma fanatları önündə oynadığını xatırlayaraq hücum etməyə başladı. Bu hücumlardan biri 84-cü dəqiqədə Brumanın başla topu tora göndərməsi ilə nəticələndi. Amma meydan sahibləri bu nəticəni qoruya bilmədilər. Bir neçə dəqiqə sonra Zelinskinin ötürməsinin qarşısını kəsmək istəyən Niakate topu öz qapısına göndərdi. Bu epizoddan sonra çox üzgün görünən fransalı müdafiəçini yalnız komanda yoldaşları sakitləşdirə bildi. Beləliklə, bu qrupda favoritlər çətinliklə də olsa, ilk turu 3 xalla tamamladılar.

3 oktyabr: Napoli – Real, Union – Braqa.

Oyundan sonra...
Karlo Ançelotti, ''Real''ın baş məşqçisi: “Fasilədə heç də əsəbi deyildim. Oyunçularımla yüksək tonda danışmağa ehtiyac yox idi. Sadəcə, oyunumuzda çatışmayan bəzi detalları onlara xatırlatdım. İlk növbədə daha enerjili və coşqulu oynamalıydıq. “Union”un yorulduqca hər ötən dəqiqə öz qapısına doğru sıxışacağını bilirdik. Belə də oldu. İkinci hissədə hətta ən xırda detallara da ciddi yanaşmağa başladıq. Xüsusilə də “Union”un standart zərbələr zamanı təhlükəli olduğunu bilirdik. Belə məqamlarda çox diqqətli oynadıq. Xoselu oyunumuza yeniliklər qatıb. Onun sayəsində hava toplarında üstünlüyümüz artıb. Amma Vinisiusun yeri, təbii ki, görünür. O, dünyanın ən yaxşılarından biridi və meydanda fərq yaratmağı bacarır. Gələn həftədən etibarən bizimlə birlikdə olacaq”.

Urs Fişer, “Union”un baş məşqçisi: “Təbii ki, hamımız çox üzgünük. 1-2 dəqiqə də dözsəydik, “Santyaqo Bernabeu”dan xal aparacaqdıq. Buna baxmayaraq, komandamla fəxr edirəm. Madridlilər 2-ci hissədə bizə göz açmağa imkan vermədilər. Bəzi epizodlarda açıq-aşkar bəxtimiz gətirdi. Ona görə də “Real”ın layiqli qələbə qazandığını etiraf etməliyəm”.

Artur Jorje “Braqa”nın baş məşqçisi: “Səhvlərimizi gördük və onları düzəltməyə çalışacağıq. Ümumi götürəndə komandamdan razı qaldım. Oyunçularım tapşırıqlarımı yerinə yetirməyə çalışdılar. Fikrimcə, bu oyundan xalsız ayrılmağa layiq deyildik. Amma özümüzü günahlandıra bilmərik. Oyunu başıuca tərk edirik. “Braqa” xarakterə malik olduğunu göstərdi”.

Rudi Qarsiya, “Napoli”nin baş məşqçisi: “Qarşıya qoyulan əsas məqsədə çatdıq. İlk yarıda daha çox qol vurmalıydıq. Həm son zərbələrdəki qeyri-dəqiqlik, həm də rəqib qapıçının inamlı oyunu bizə mane oldu. İkinci hissədə “Braqa” hücumda fəallaşdı. Müdafiədə daha diqqətli olmaq məcburiyyətində qaldıq. 2-ci qolu vaxtında vurmalıydıq. Bunu etsəydik, sonluq bu qədər çətin olmazdı. ÇL-də səfər qələbəsi həmişə dəyərlidi. Özü də nəzərə alaq ki, biz ilk turda 3 xal qazanan yeganə İtaliya təmsilçisi olduq. Amma səhvlərimizin olduğunu da bilirik”.

Paylaş:
Digər xəbərlər

Reportaj / Çempionlar Liqası

17-04-2023, 21:0

“Çelsi” “Bernabeu”dan sərfəli nəticə ilə qayıda bilmədi - REPORTAJ

Dünya futbolu

27-01-2023, 15:0

"Union"dan iki transfer

Dünya futbolu / Manşet

13-08-2022, 11:0

“Real” - “Ayntraxt” oyununda qeydə alınan maraqlı faktlar

Dünya futbolu

10-05-2023, 15:0

“Real” 100-cü, Ançelotti Madriddə 10-ci titulunu qazandı - XÜSUSİ FAKTLAR

Dünya futbolu / Reportaj

12-05-2023, 15:0

Qalib Mançesterdə müəyyənləşəcək - REPORTAJ

Dünya futbolu

9-06-2022, 20:0

“Real” Çuameniyə görə daha çox xərcə düşəcək

Aktual
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
Son xəbərlər
  • Bu gün, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Bu gün, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Bu gün, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Bu gün, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Bu gün, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Bu gün, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Bu gün, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Bu gün, 11:23
    MS-ni tərk edə bilər
  • Bu gün, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Bu gün, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Bu gün, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
  • Dünən, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Dünən, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Dünən, 12:25
    Avropada 10-cu qol
  • Dünən, 11:54
    İngiltərədə klubunu dəyişəcək
Daha çox
Oxunub: 193
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 185
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 117
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə