Braziliyada şimşək çaxması nəticəsində ölüm faktı qeydə alınıb.
"Football-plus.az" xəbər verir ki, “Uniao Japirense”nin 21 yaşlı futbolçusu Kayo Enrike de Lima oyun zamanı ildırım vurması səbəbindən ölüb.
“Globo Esporte”nin yaydığı xəbərə görə, hadisə həvəskarlar arasında keçirilən regional kubok matçı zamanı baş verib. Daha 6 futbolçu bədənindən ağır yanıq xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdirilib.