Braziliyanın Minas-Jerays ştatında ağır qəza baş verib.
Football-plus.az xəbər verir ki, ölənlər və xəsarət alanlar var.
Yerli “G1” nəşrinin yaydığı xəbərdə “Esporte Clube Vila Maria Elena” futbol komandasının avtobusunun körpüdən aşdığı bildirilib. Avtobusda sürücü, məşqçilər heyəti və oyunçular olub. 4 nəfər aldığı xəsarətlərdən yerindəcə ölüb, daha 29 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Qəzaya avtobus sürücüsünün idarəetməni itirməsinin səbəb olduğu bildirilib. Nəticədə nəqliyyat vasitəsi körpüdən aşıb və çayın sahilinə düşüb.