Qadın futbolçulardan ibarət yığmamız B Liqasına yüksələ bilər

1.12.2023 10:52 238
Yığma
Qadın futbolçulardan ibarət millimiz bu gün Millətlər Liqasında növbəti oyununu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda V turda Kipr kollektivinin qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 21.00-da başlanacaq. Meydan sahibləri 7 xalla ikinci pillədə qərarlaşıb, yığmamız 10 xalla liderdi.

Komandamız qələbə qazanacağı təqdirdə B Liqasına yüksələcək.

C Liqasının 3-cü qrupunun digər görüşündə Monteneqro Farer adaları ilə üz-üzə gələcək. Bu matç isə saat 16.00-da start götürəcək.