Millətlər Liqası: Yığmamız sonuncu oyununu keçirəcək

5.12.2023 10:31 245
Yığma
Bu gün qadın futbolçulardan ibarət millimiz Millətlər Liqasında sonuncu matçını keçirəcək.

"Football-plus.az" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Farer adalarını qəbul edəcək.

"Dalğa Arena"da gerçəkləşəcək qarşılaşma saat 19.00-da start götürəcək.

C Liqasının 3-cü qrupunun digər matçında Kipr Monteneqronun qonağı olacaq. Həmin görüş də eyni vaxtda başlayacaq.

Yığmamız 13 xalla qrup liderliyini ötən turda təmin edib və B Liqasına yüksəlib. Monteneqro 9 xalla ikinci, Cənubi Kipr 7 xalla üçüncü, xalı olmayan Farer adaları isə sonuncudu.