Millimiz FIFA reytinqində irəlilədi

29.06.2023 13:37 255
Yığma
FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, yığmamız son siyahı ilə müqayisədə 3 pillə irəliləyib. Canni De Byazinin baş məşqçisi olduğu komanda 1143 xalla 121-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, cədvəlin ilk "3-lüy"ündə dəyişiklik olmayıb. Son dünya çempionu Argentina siyahıda 1-ci pilləyə (1840 xal) yüksəlib. Fransa 2-ci (1838), Braziliya 3-cü (1834) pillədə qərarlaşıb.