Antonelli: ən gənc çempion!

8.11.2026 12:00 0
İdman
"Football-plus.az" xəbər verir ki, Meksika mərhələsi “Red Bull”un pilotu Maks Ferstappenin qələbəsi ilə başla çatdı.

2-ci yeri Lüis Hemilton (Ferrari), 3-cü yeri Kimi Antonelli (Mersedes) tutdu. Antonelli mövsümün sonuna 4 mərhələ qalmış çempionluğu təmin etdi. İtaliyalı pilot “Formula-1” tarixinə ən gənc çempion kimi düşdü. 20 yaş 69 günlüyündə bunu bacaran Kimi 2010-cu ildən bəri rekordçu (23 yaş 134 gün) olan Sebastyan Fettelin nəticəsini yaxşılaşdırdı.

Antonelli “Formula-1” tarixinə həm də çempionatda çıxış etdiyi 2-ci ildə qalib gələn 4-cü pilot kimi düşdü. Ona qədər bunu yalnız Xuan Manuel Fanxio (1951), Jak Vilnev (1997) və Hemilton (2008) bacarmışdı. Debüt mövsümündə titul qazanan yeganə pilot Cüzeppe Farinadı: o, “Formula-1” tarixindəki ilk çempionatın qalibi olub. Antonelli çempionluğu bayram edən 3-cü italiyalıdı. Bir qədər əvvəl adını çəkdiyimiz Farina (1950) və Alberto Askari (1952, 1953) vaxtilə eyni uğuru qazanıb.

Təsnifat mərhələsi
1. Lüis Hemilton (B.Britaniya) 1.16,514
2. Corc Rassell (B.Britaniya) 1.16,523
3. Şarl Lekler (Monako) 1.16,633
4. Maks Ferstappen (Niderland) 1.16,692
5. Kimi Antonelli (İtaliya) 1.16,707
6. Lando Norris (B.Britaniya) 1.16,824
7. Ayzek Hacar (Fransa) 1.16,900
8. Arvid Lindblad (B.Britaniya) 1.17,117
9. Pyer Qasli (Fransa) 1.17,153
10. Niko Hülkenberq (Almaniya) 1.17,306
11. Franko Kolapinto (Argentina) 1.17,640
12. Oskar Piastri (Avstraliya) 1.17,646
13. Qabriel Bortoleto (Braziliya) 1.17,680
14. Oliver Berman (B.Britaniya) 1.18,083
15. Karlos Sayns (İspaniya) 1.18,885
16. Aleksandr Albon (Tayland) 1.18,630
17. Fernando Alonso (İspaniya) 1.18,908
18. Ryo Xirakava (Yaponiya) 1.18,958
19. Lens Stroll (Kanada) 1.19,072
20. Serxio Peres (Meksika) 1.19,105
21. Valtteri Bottas (Finlandiya) 1.19,852

Liam Louson (Yeni Zelandiya) texniki reqlamenti pozduğuna görə nəticəsi ləğv olunub.

Həlledici mərhələ
305,354 km (4304 metrlik 71 dövrə)
1. Maks Ferstappen (Red Bull) 2:20.28,772
2. Lüis Hemilton (Ferrari) +0,799
3. Kimi Antonelli (Mersedes) +4,006
4. Şarl Lekler (Ferrari) +10,7070
5. Lando Norris (Maklaren) +11,778
6. Corc Rassell (Mersedes) +12,263
7. Liam Louson (Red Bull) +20,899
8. Qabriel Bortoleto (Audi) +22,041
9. Ayzek Hacar (Red Bull) +22,503
10. Ryo Xirakava (Haas) +25,373
11. Aleksandr Albon (Uilyams) +27,562
12. Karlos Sayns (Uilyams) +28,638
13. Oskar Piastri (Maklaren) +29,475
14. Niko Hülkenberq (Audi) +29,977
15. Franko Kolapinto (Alpin) +30,204
16. Serxio Peres (Kadillak) +30,695
17. Pyer Qasli (Alpin) +51,483

Fernando Alonso və Lens Stroll (hər ikisi “Aston Martin”) 5-ci, Va1tteri Bottas (Kadillak) 42-ci, Oliver Berman (Haas) 47-ci, Arvid Lindblad (Reysinq Bulls) 58-ci dövrədə yarışdan çəkilib.

Şəxsi birincilik
1. Kimi Antonelli 380
2. Maks Ferstappen 261
3. Lüis Hemilton 259
4. Corc Rassell 250
5. Şarl Lekler 245
6. Lando Norris 221
7. Oskar Piastri 144
8. Ayzek Hacar 107
9. Liam Louson 83
10. Pyer Qasli 42
11. Arvid Lindblad 38
12. Franko Kolapinto 27
13. Oliver Berman 23
14. Niko Hülkenberq 13
15. Qabriel Bortoleto 10
16. Esteban Okon 7
17. Fernando Alonso 7
18. Karlos Sayns 7
19. Aleksandr Albon 5
20. Yuki Sunoda 1
21. Ryo Xirakava 1

Mühəndislər kuboku
1. Mersedes 630
2. Ferrari 504
3. Red Bull 380
4. Maklaren 365
5. Reysinq Bulls 108
6. Alpin 69
7. Haas 31
8. Audi 27
9. Uilyams 12
10. Aston Martin 7