Qadın voleybolçulardan ibarət millimiz dünya və Avropa reytinqində irəliləyib.
"Football-plus.az" Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, buna yığmanın qitə çempionatında reytinqdə özündən irəlidə olan kollektivlərə qalib gəlməsi səbəb olub.
Milli dünya reytinqində 5 pillə irəliləyərək 38-ci yerdən 33-cü yerə, Avropa reytinqində isə 3 pillə irəliləyərək 23-cü pillədən 20-ci pilləyə yüksəlib.
Qeyd edək ki, Avropa çempionatında yer aldığı C qrupunu 5 xalla 5-ci pillədə başa vuran Azərbaycan millisi 1/8 finala yüksələ bilməyib.