Qadın futbolçulardan ibarət millimiz Millətlər Liqasında növbəti matça çıxıb.
"Football-plus.az" xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv səfərdə Farer adaları ilə qarşılaşıb.
Matça Bakı vaxtı ilə saat 17.00-da start verilib. Klaksvik şəhərindəki “Djupumyru” stadionunda baş tutan matçı Latviyadan olan hakimlər briqadası idarə edib. Görüş yığmamızın 2:1 hesablı qələbəsi ilə nəticələnib. Qollarımızı Kristina Bakarandze və Manə Mollayeva vurub.
Millimiz C Liqasının C qrupunda Farer adaları ilə yanaşı, Kipr və Monteneqroy ilə mübarizə aparır. İki turdan sonra yığmamız 4 xalla liderdi.