• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Neftçi” üç qolla üç pillə irəlilədi - REPORTAJ

Premyer-liqa / Reportaj

12-12-2023, 21:0

"Neftçi" "Zirə" üzərindəki qələbənin davamını gətirmək istəyirdi.

Qeyri-sabit çıxış edən qonaqlar isə Bakıya ən azı uduzmamaq üçün gəlmişdi. Hakimin start fitindən sonra meydanda döyüş başladı. İlk dəqiqələrdən tovuzlular topa nəzarət edib irəli çıxmağa çalışsa da, 5-ci dəqiqədə Koffi sürətlə irəliləyib cərimə meydançasına daxil oldu və qapı xəttinə paralel Ozobiçə ötürmə verdi. Xorvatiyalı yüngül toxunuşla hesabı açdı. Amma "ağ-qaralar"ın sevinci uzun sürmədi. 9-cu dəqiqədə Serranonun cərimə zərbəsindən qapı önünə asmasına Hakman yüksəldi və topu Miller üçün endirdi. Sonuncu toru sirkələməkdə çətinlik çəkmədi. 14-cü dəqiqədə Rza ilə üzbəüz qalan Con hesabı qonaqların xeyrinə dəyişməyə borclu idi. Amma təkbətəki boşa verdi və yəqin oyundan sonra buna görə başına-gözünə döyür. İlk hissənin qalan vaxtında mübarizə əsasən meydanın mərkəzində getdi.

2-ci yarıya "ağ-qaralar" üstün başladı. İlk qolun müəllifi Ozobiç 56-cı dəqiqədə komandasının qələbəsi üçün növbəti fədakarlığı etdi. Xorvatiyalı çətin vəziyyətdə olsa da, Rəhmanı zərbə mövqeyinə çıxardı. Hacıyev qapıya elə zərbə vurdu ki, az qala tor cırılacaqdı. Maraqlıdı ki, qonaqlar bu qoldan sonra da ruhdan düşmədi. Cəmi 3 dəqiqə sonra Faiq uzun ötürmə ilə Conu gördü, o isə dəqiq zərbəylə hesaba tarazlıq gətirdi. Bərabərlikdən sonra meydan sahibləri yenidən irəli atıldı. Olanarenin zərbəsi təhlükəli olsa da, top toru yandan sirkələdi. Bir qədər sonra ofsayd qeydə alındı. Rəhmanın hücumundan da nəticə hasil olmadı. 73-cü dəqiqədə Lebondan ötürmə alan Olanare qol vursa da, referi VAR-dan təsdiq işarəsi gözlədi. Qolun qaydalar çərçivəsində vurulduğu bildirildi və "Neftçi" yenidən hesabda önə çıxdı. Tovuzlular 3-cü qol ümidi ilə irəli atıldı. 77-ci dəqiqədə Conun iti bucaq altından zərbəsinin qarşısını Rza aldı. Ayxan Abbasovun yetirmələri nə qədər irəli atılsalar da, meydan sahiblərinin müdafiəsini yara bilmədilər. Oyuna əlavə olunan dəqiqələrdə "Neftçi"nin fərqi artırmaq şansı olsa da, təcrübəli Kamal əvvəlcə Sayefin, ardından Olanarenin sevinməsinə imkan vermədi. Əliyar Ağayevin final fiti Adrian Mutunun komandasının qələbəsini rəsmləşdirdi. “Neftçi” bu qələbə sayəsində üç pillə irəlilədi.

Gözdən qaçmadı
* Stadiona 200-ə yaxın tovuzlu azarkeş gəlmişdi. Onlar "Ultras Turan" plakatı açmışdı. Fanatlar hələ oyun başlamadan "Abbasov Ayxan" şüarını səsləndirdi.
* Arenadakı monitorlar işləmirdi
* 34-cü dəqiqədə Melano zədələndi. Futbolçu nə qədər oynamaq istəsə də, sonda ağrılara dözə bilmədi və əvəzləndi.
* Matçda hakim "Neftçi"nin xeyrinə qərar verəndə qonaq azarkeşlər "Əliyar, "Neftçi"nin formasını gey!" şüarını səsləndirirdilər.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Reportaj

27-09-2023, 16:0

“Neftçi” liderlərdən bir qədər də uzaq düşdü - REPORTAJ

Premyer-liqa / Reportaj

29-08-2023, 17:0

“Neftçi” də qələbə qazandı, “Qəbələ” isə... - REPORTAJ

Premyer-liqa / Reportaj

1-11-2023, 13:0

Hər komanda bir hissə oynadı… - REPORTAJ

Premyer-liqa / Reportaj

9-05-2023, 17:0

“Zirə” tovuzlulara məğlubiyyəti Şamaxıda unutdurdu - REPORTAJ

Premyer-liqa / Reportaj

2-05-2023, 20:0

“Səbail”in oyanışı fayda vermədi - REPORTAJ

Premyer-liqa / Reportaj

8-10-2023, 16:0

Dövrə çempionluğu “Zirə”nin Qisməti oldu - REPORTAJ

Aktual
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
Son xəbərlər
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Dünən, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Dünən, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Dünən, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Dünən, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Dünən, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Dünən, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Dünən, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Dünən, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Dünən, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Dünən, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Dünən, 11:23
    MS-ni tərk edə bilər
  • Dünən, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Dünən, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Dünən, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • 23-07-2026, 23:0
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • 23-07-2026, 23:0
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • 23-07-2026, 22:0
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • 23-07-2026, 22:0
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • 23-07-2026, 22:0
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • 23-07-2026, 21:0
    "Xankəndi"də məşqçi təyinatı
  • 23-07-2026, 20:0
    Almaniyada klubunu dəyişdi
Daha çox
Oxunub: 199
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 194
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 138
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 119
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə