Bəziləri buna görə baş məqçi Elmar Baxşıyevi günahlandırsa da, bəziləri də günahı düzgün transfer siyasəti yürütməyən rəhbərlikdə görür. Komandanın qış “transfer pəncərəsi”ndən sonra özünə qayıda biləcəyini deyənlər də var.
“Football-plus.az” bütün bu məqamlarla bağlı təcrübəli mütəxəssis Əfqan Talıbovdan fikir öyrəndi:
“Qəbələ”nin bu mövsüm zəif çıxış etməsinin əsas səbəbini maliyyə problemlərində görürəm. Buna görə də heyətini itirdi. Qış fasiləsində düzgün transferlər etməsələr, aşağı liqaya düşmək ehtimalı realdı. Maliyyəni artırıb iki-üç güclü oyunçu gətirilərsə, bu uğursuzluğa son qoyula bilər. Komandanın indiki vəziyyətini Elmar Baxşıyevdən yaxşı bilən ikinci biri olmaz. O, sona qədər klubda qalmalıdı”.
MİRKAMAL KAZIMZADƏ






