Elmar Baxşıyev istefanın astanasında

9.12.2023 17:38 704
Ölkə futbolu / Manşet
"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev istefa verəcək.

"Football-plus.az"ın əldə etdiyi məlumata görə, mütəxəssis bu gün Misli premyer-liqasının 16-cı turunda "Kəpəz"ə qarşı ev matçından sonra bu yöndə qəti qərar verib.

O, rəhbərliklə görüşdə istəyini dilə gətirəcək və komandadan ayrılacaq. Klubun axşam saatlarında Elmar Baxşıyevin istefa verməsi haqda xəbəri ictimaiyyətə elan edəcəyi gözlənilir.

KƏNAN BAHADIR