Fanatlar futbolçunun maşınını yandırdılar

10.12.2023 11:50 200
Dünya futbolu
“Santos”un azarkeşləri dərin məyusluq və qəzəb içindədilər.

“Football-plus.az” xəbər verir ki, onların sevimli komandası Braziliya çempionatında yüksək liqanı tərk edib. A seriyasının sonuncu turunda evdə “Fortaleza”ya uduzan (1:2) əfsanəvi Pelenin keçmiş komandası mövsümü 17-ci yerdə başa vurub. Fanatlar tarixində ilk dəfə yüksək liqanı tərk edən komandanın bu uğursuzluğuna görə acığını Stiven Mendozadan çıxıblar: hücumçunun avtomobili yandırılıb. “Globo”nun yaydığı xəbərə görə, bu hadisə “Fortaleza” ilə matçdan sonra baş verib. Ümumiyyətlə, iğtişaşlar nəticəsində stadionun yaxınlığında olan bir neçə avtomobil və avtobusa ciddi ziyan vurulub. Hadisə yerinə helikopterlər və hərbi polis cəlb edilib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul