Premyer-liqanı ilk bu klub tərk edəcək

30.04.2022 20:52 715
Dünya futbolu
İngiltərə Premyer Liqasını tərk edəcək ilk klub müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, "Norviç" ölkə çempionatının 35-cu turunda "Aston Villa"ya 0:2 hesabı ilə uduzaraq yüksək liqada qalmaq şanslarını itirib.

21 xalla sonuncu - 20-ci pillədə olan "Norviç" son üç mövsümdə ikinci dəfə Premyer Liqanı tərk edəcək.