Misli premyer-liqasının 4-cü turunda "Araz-Naxçıvan" “Sumqayıt"la heç-heçə etdi.
Matçdan sonra naxçıvanlıların belçikalı forvardı İsmayıl Azzaui "Football-plus.az"ın suallarını cavabladı.
25 yaşlı forvard əvvəlcə oyun barədə danışdı:
"Birinci hissədə çox da yaxşı oynamadıq, rəqib daha üstün idi. Düşünürəm ki, 2-ci hissədə oyunumuz yaxşı alındı, nəzarət bizdə idi. Bizim daha çox şanslarımız oldu və hesabı bərabərləşdirdik. Təzyiqi artırdıq ki, 2-ci qolu vuraq, şanssızlıqdan alınmadı. Bu futboldu. Amma oyuna baxanda görünürdü ki, bərabər səviyyəli görüş gedir".
İsmayıl növbəti turda qarşılaşacaqları "Kəpəz"lə görüş haqda da danışdı:
"Onlarla oyun çətin olacaq. "Kəpəz" öz meydanında yaxşı oynayan komandadı. Amma biz çalışacağıq ki, qalib gələk. Bu matçda qaləbə qazanmaq məcburiyyətindəyik. Əlimizdən gələni etməliyik ki, meydanı 3 xalla tərk edək".
CAVİD ƏLİYEV