"Araz-Naxçıvan" - "Səbail" oyununda 2-ci hissə 6 dəqiqə gec başladı.
"Foorball-plus.az" xəbər verir ki, buna səbəb media sektorundan solda yerləşə qapının torunda problem yaranması idi. Bu məsələni aydınlaşdırmaq üçün meydan sahibi klubun mətbuat katibi Mahal Məmmədova müraciət etdik:
"Qaydaya əsasən həm oyundan əvvəl, həm də 2-ci yarının başlamasına az qalmış laysmanlar qapıların torlarını yoxlayırlar. Fasilədə ehtiyatda olan oyunçular isinmə hərəhətləri edir, qapıya zərbələr vururlar. Ola bilsin, həmin vaxt torda nəsə problem yaranıb. Bu üzdən 2-ci hissənin startı yubandı. Başqa ciddi problem olmayıb".
ABDULLA İSMAYILOĞLU