"Yayının gecikməsi ilə bağlı biz tərəfdən heç bir problem olmayıb"

25.08.2023 16:50 289
Aktual / Ölkə futbolu
"Sabah" - "Neftçi" oyunu 3 dəqiqə gec başladı.

Əldə etdiyimiz məlumata görə, buna səbəb "CBC Sport"un yayına gec qoşulması idi. Məsələ barədə daha ətraflı məlumat almaq üçün adı çəkilən telekanalın baş redaktoru Şəmsəddin Abbasova müraciət etdik:

"Yayının gecikməsi ilə bağlı biz tərəfdən heç bir problem olmayıb. Buna səbəb "Qarabağ" - "Araz-Naxçıvan" oyununun 2-ci hissəsinə 8 dəqiqə əlavə olubmasıdı".


ABDULLA İSMAYILOĞLU