“Qəbələ” – “Araz-Naxçıvan” oyunu niyə gec başlayıb?

27.10.2023 12:16 190
Aktual / Premyer-liqa
"Qəbələ" - "Araz-Naxçıvan" oyunu təyin olunan vaxtda – yəni 16.30-da yox, 16.39-da başladı.

Bunun səbəbini "qırmızı-qaralar"ın mətbuat katibi Asəf Zeynallıdan öyrəndik. Onun "Football-plus.az"a söylədikləri:

"Oyunun gec başlaması sırf yayın məsələsiylə bağlı idi. Belə ki, həmin vaxt “CBC Sport”un göstərdiyi İtaliya A seriyasının oyunu gec qurtardı. Ondan sonra bizim matç nümayiş olunacaqdı deyə, start gecikdi".


ABDULLA İSMAYILOĞLU