"Neftçi" - "Səbail" matçının ikinci hissəsi bir qədər gec başladı.
Football-plus.az xəbər verir ki, buna səbəb "dənizçilər"in paltardəyişmə otağında yubanmaları oldu.
Belə ki, onlar otağın qapısını açmaqda problem yaşandı. Bunun səbəbini "ağ-qaralar"ın mətbuat katibi Rüstəm Allahverdiyevdən dəqiqləşdirdik:
"Oyundan öncə həmin otağın qapısında heç bir problem olmayıb. Həmçinin də digər otaqlarımızın qapısında nasazlıq baş verməyib. "Səbail"in başına niyə belə hadisə gəldiyini dəqiq deyə bilmərəm. Bəlkə də fasilə zamanı komanda üzvləri otağa doluşandan sonra arxadan qapını bağlayıblar. Matça başlama ərəfəsində də tələsdiklərindən yəqin qapını bağladıqlarını unudublar".
ABDULLA İSMAYILOĞLU