Baş məşqçinin matçı izləməsi gözlənilən hal idi. Çünki "boz qurd" növbəti turda "Zirə" səfərində olacaq. Amma "dənizçilər"in sözçüsünün təşrif buyurması maraqlı idi. Odu ki, Rəşad Məmmədovla danışdıq:
"Boş vaxtım olan kimi paytaxtımızda baş tutan oyunları izləməyə gedirəm və bu illərdi adət halını alıb. Komandamızın matçlarından başqa çalışıram digər görüşləri də canlı izləyim. 7-ci və 8-ci turlarda öz komandamızın oyunundan savayı daha iki qarşılaşmanı izlədim".
ABDULLA İSMAYILOĞLU





