Region Liqasının startı niyə yubanır?

4.11.2023 16:52 296
Ölkə futbolu / Manşet
Xatırlayırsızsa, Region Liqasının oktyabrın 19-da keçirilən püşkatma mərasimində yeni mövsümün noyabrın ilk ongünlüyündə start götürəcəyi deyilmişdi.

Amma belə görünür ki, həmin sözə əməl etmək mümkün olmayacaq. Bəs yubanmanın səbəbi nədi? "Football-plus.az" saytı olaraq, bu sualı aydınlaşdırmaq üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədliyə müraciət etdik:

"Region Liqasının startı texniki məsələlərə görə bir qədər yubandı. Noyabrın 11-12-si olan həftə başlayacaq. Həmin vaxt da alınmasa, ayın 18-19-u olan həftədə mövsümə start veriləcək".


ABDULLA İSMAYILOĞLU