• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Rəşad Sadıqov uduzdu, razı qaldı, Murad Musayev uddu, narazılıq etdi - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa

8-12-2023, 11:0

Misli premyer-liqasının 15-ci turu da sarı və qırmızı vərəqələrin sayı baxımından səliqəli alındı.

"Football-plus.az" xəbər verir ki, 5 oyunda futbolçulara ümumilikdə 20 sarı vərəqə göstərildi, heç kim meydandan qovulmadı. “Zirə” “Neftçi”yə uduzsa da, Rəşad Sadıqov jurnalistlər önündə bu mövsüm hakimliyin səviyyəsinin yüksəldiyini dedi. Maraqlıdı ki, Tovuzda “Kəpəz”i iki cavabsız qolla məğlub edən “Sabah”ın baş məşqçisi Murad Musayev nəinki Rauf Cabbarovun idarəçiliyini, ümumilikdə Azərbaycan hakimliyini “bombaladı”, hələ sözarası “CBC Sport”u da qərəzli münasibətdə suçladı.

Araz-Naxçıvan – Səbail, RƏVAN HƏMZƏZADƏ
Oyun qarşılıqlı hücumlar şəraitində keçdi. Ümumilikdə idarəçiliklə bağlı narazılıq olmadı. 55-ci dəqiqədə “Araz-Naxçıvan”ın futbolçuları penalti istəsə də, hakim haqlı olaraq buna aldanmadı. Videotəkrarda Orxan Əliyevdən çıxan topun Bardeanın üzünə dəydiyi göründü. 5 dəqiqə sonra forvardın qapıçı ilə üz-üzə qaldığı epizodda qonaqlar oyundankənar vəziyyət gözlədi. Lakin referi doğru qərar verərək oyunu davam etdirdi. 69-cu dəqiqədə Yusif Nəbiyev cərimə meydançasında yerdə qalaraq penalti tələb etdi. Lakin Həmzəzadə düzgün mövqe seçimi ilə epizodu görürdü. Burda penaltidən söhbət gedə bilməzdi. Baş hakim görüşü ideal səviyyədə idarə etdi, nəticəyə təsir edən hansısa ciddi səhvə yol vermədi.

Neftçi – Zirə, İNQİLAB MƏMMƏDOV
Oyunda mübahisəyə açıq epizodlar oldu. 9-cu dəqiqədə rəqib futbolçu Rüstəm Əhmədzadənin ayağını tapdaladı. Amma bu məqam İnqilab Məmmədovun gözündən qaçdı. 23-cü dəqiqədə Kulaça qarşı sərt davranılsa da, hakimin gözündən yayındı. 29-cu dəqiqədə İsmayıl İbrahimlinin cərimə meydançasına asması zamanı topa yüksələn Kulaç qapıçıyla toqquşdu və yerdə qaldı. Lakin referi qayda pozuntusunun olmadığı dedi. 40-cı dəqiqədə Şinyaşiki hücuma çıxarkən Renato onunla çiyin-çiyinə mübarizəyə qoşuldu. Sonda vinger yerdə qaldı. Hakim bunu qayda pozuntusu kimi qiymətləndirərək braziliyalıya sarı göstərdi. Bu cəza zirəli futbolçuların etirazına səbəb oldu. Qalan müddət ərzində İnqilab Məmmədovun mühakimə ediləsi qərarı olmadı. Referi 90 dəqiqə ərzində iki dəfə əlini cibinə saldı. Adətən, idarəçiliklə bağlı məqamlara həssas münasibət göstərən Rəşad Sadıqov da Məmmədovdan narazı qalmadı.

Turan Tovuz – Sumqayıt, ELÇİN MƏSİYEV
Maraqla gözlənilən matçda ədaləti təmsil etmək FİFA referisinin öhdəsində idi. Tovuz azarkeşlərinin təzyiqini və komandalarına münasibətdə haqsızlığa adekvat cavab verdiyini nəzərə alsaq, Məsiyev işinə tam məsuliyyətlə yanaşmalıydı. Onun bunu bacarmadığını deyə bilmərik. Çünki hakim əsasən hadisələrə operativ müdaxiləsi və düzgün qərarları ilə seçildi. Lakin, bir epizodda səhvə yol verdiyinə şübhə yoxdu. Belə ki, Paçu qol vurmağa yaxın idi. Amma Elvin rəqib futbolçunun yaxasından yapışdı və buraxmadı. Epizodun sonunda "Turan Tovuz"un futbolçusu yerdə qaldı. Elçin Məsiyev burda Elvini meydandan qova, hətta "Sumqayıt"ın qapısına penalti təyin edə bilərdi. Ümumilikdə hakimin idarəçiliyini qənaətbəxş saymaq olar. Hər halda, nə Ayxan Abbasov, nə də Mübariz Orucov bu yöndə narazılıq etdi. Əlbəttə, Məsiyevin oyunboyu və bitəndən sonra lazımi müdaxilələr etməsi, baş verə biləcək gərginliyin səbəbkarlarını dərhal "sarı" ilə cəzalandırması qeyd olunmalıdı.

Kəpəz – Sabah, RAUF CABBAROV
Gəncəlilər autsayder mövqeyindən qurtulmaq istəyirsə, masazırlılar qış fasiləsinə qədər ilk "5-lik"də yer almaq niyyətindədi. Bu baxımdan matçın səhvsiz idarə olunması hər iki tərəf üçün vacib idi. Adil Şükürov ədalət təmsilçisindən şikayətçi olmasa da, Murad Musayev Cabbarovu "ağ yudu, qara sərdi". Əslində ciddi narazılığa ehtiyac yox idi. Çünki Cabbarovun nəticəyə təsir edəcək səhvindən söhbət gedə bilməz. Bəzi hallarda səbrsiz davrandığını demək isə yanlış olmaz. Buna baxmayaraq, referi normal idarəçiliklə yadda qaldı - həm baş məşqçiyə, həm də futbolçulara ədalətli cəza verdi. Bu başqa məsələ ki, Azərbaycan hakimliyi dünya standartlarından bir qədər geri qalır. Hakimlərimiz yerli-yersiz fitlərlə həm futbolçuları, həm də azarkeşləri bezdirir, bir çox hallarda futbolun təmas, mübarizə oyunu olduğunu unudurlar.

Qarabağ - Qəbələ, TURAL QURBANOV
Oyunu normal idarə etdi və iki sarı vərəqə göstərdi. 58-ci dəqiqədə Omar Hani Mateus Silvaya qarşı kobudluğa görə haqlı olaraq “sarı” ilə cəzalandırıldı. İkinci “sarı”nı isə 61-ci dəqiqədə Julio Romao Tettehlə mübarizədə qaydanı pozduğu üçün passivinə yazdırdı. Komandalar arasında ciddi səviyyə fərqinin olduğunu nəzərə alsaq, idarəçiliyin mübahisə doğurmaması anlaşılandı.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

13-10-2023, 17:0

Hakimlikdən şikayət edən olmadı - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa / Manşet

5-12-2023, 23:0

Murad Musayev “CBC Sport”u suçladı, telekanal susdu

Premyer-liqa / Manşet

7-10-2022, 15:0

Heç kim “imtahandan kəsilmədi” - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Ölkə futbolu / Manşet

12-04-2023, 12:0

Murad Musayev premyer-liqada ən çox qırmızı vərəqə alan şəxsdi - ARAŞDIRMA

Premyer-liqa / Manşet

8-09-2023, 22:0

Murad Musayev və həmkarları futbolçuları unutdurur – HAKİMLƏRİN MÜHAKİMƏSİ

Aktual
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
Son xəbərlər
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Dünən, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Dünən, 15:01
    Karyerasını başa vurdu
  • Dünən, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Dünən, 13:59
    Milli komandada yeni anlaşma
  • Dünən, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Dünən, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Dünən, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Dünən, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Dünən, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Dünən, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Dünən, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Dünən, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • 2-06-2026, 23:0
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • 2-06-2026, 23:0
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • 2-06-2026, 22:0
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • 2-06-2026, 22:0
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • 2-06-2026, 21:0
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • 2-06-2026, 21:0
    Burak Yılmaz Fransaya yollanır?
Daha çox
Oxunub: 407
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 209
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 200
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 188
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə