• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Hakimlikdən şikayət edən olmadı - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa

13-10-2023, 17:0

9-cu turdakı hakim qərarlarını müzakirə ediriksə, baş məşqçilərin oyunsonrası mətbuat konfranslarında bu mövzunu müzakirəyə çıxarmadığını vurğulamalıyıq. Yəni udan da razı qaldı, uduzan da. Ümumiyyətlə, tur səliqəli keçdi, heç bir futbolçu qırmızı vərəqə ilə cəzalanmadı. 5 oyunda 19 sarı vərəqə də faciəvi göstərici deyil.

Zirə - Turan Tovuz, İNQİLAB MƏMMƏDOV

İlk dəqiqələrdən mübarizə meydanın mərkəzində getdiyindən hakimin işi o qədər də çətin olmadı. Müzakirəyə açıq olan epizod hakimin 21-ci dəqiqədə Denis Marandiçinin Qismət Alıyevə qarşı kobudluğuna görə rəsmi xəbərlarlıq etməli olduğu halda, mülayim davranmasıdı. Ümumiyyətlə, İnqilab bəy oyunboyu futbolçuların xətrinə dəyməmək üçün maksimum çalışdı. Referi cəmi 1 dəfə əlini cibinə atdı ki, onda da meydan sahiblərinin kapitanını cəzalandırdı.

Qəbələ - Səbail, RƏVAN HƏMZƏZADƏ

Oyunda elə bir mübahisəli vəziyyət yaşanmadı. Rəvan Həmzəzadə oyunu normal idarə elədi. Buna da səbəb görüşün sakit tempdə keçməsi idi. İlk sarı vərəqə 31-ci dəqiqədə Osama Xalaylaya qarşı kobudluq edən Süleyman Əhmədova göstərildi. Şahin Diniyev narazılığını bildirsə də, Əhmədovun Xalaylanın ayağını tapdaladığını gördük. 71-ci dəqiqədə isə Emin Səfərov Süleymana qarşı kobudluğa görə haqlı şəkildə vərəqə ilə cəzalandırıldı. 3-cü və sonuncu sarı vərəqəsi təhlükəli hücumun qarşısını kobuluqla alan Ahmed Ayzayanın adına yazıldı.

Sabah – Araz-Naxçıvan, RAUF CABBAROV

Bu oyunun nəticəsi xüsusən meydan sahibləri üçün çox vacib idi. Bu üzdən “Sabah”ın qələbə naminə aqressiv çıxış edəcəyi gözlənilirdi. Lakin hər iki tərəf intizamlı oyun göstərdi. Bu isə Rauf Cabbarovun yükünü xeyli azaldı. Düzdü, hakim bəzi epizodlarda mərhəmətli davrandı. Amma iki dəfə əlini cibinə atdığını qeyd etməliyik. Ədalət təmsilçisi 67-ci dəqiqədə Vanderson Melonu, 83-cü dəqiqədə Zamiq Əliyevi “sarı”yla cəzalandırdı. Maraqlıdı ki, “Araz-Naxçıvan”ın hər iki futbolçusu məhz Anatoli Nuriyevə qarşı qaydanı pozdu. Melo “Sabah”ın oyunçusunu əllə zərbə endirərək, Zamiq isə kobud müdaxilə ilə dayandırmışdı. Ümumilikdə hakim bizə tənqid üçün mövzu vermədi. Buna, sadəcə, sevinə bilərik.

Sumqayıt – Kəpəz, EMİN ƏLİYEV

Komandalar meydana uduzmamaq üçün çıxmışdı. Emin Əliyevin referi kimi hələ püxtələşməyə ehtiyac duyduğu göründü. Belə ki, referi “üstünlük” prinisipinə əsaslanmaq, "Kəpəz" futbolçularının ilk dəqiqələrdən özünü yerə atıb “vaxt öldürmək” hallarında təcrübəsizlik etdi. Mübahisəyə açıq iki epizod var idi. 42-ci dəqiqədə Əli Səmədov Murad Xaçayevlə top uğrunda mübarizədə yerdə qalsa da, hakimin fiti susdu. 55-ci dəqiqədə Rövlan Muradovun qapı önünə asması zamanı topun rəqib müdafiəçinin əlinə dəyməsiylə bağlı iddalar səslənsə də, nə referidən, nə VAR otağından reaksiya gəldi. Ədalət naminə Əliyevin kobud səhvlərə yol vermədiyini də vurğulamalıyıq.

Neftçi – Qarabağ, RƏŞAD ƏHMƏDOV

Çox gərgin mübarizə şəraitində keçən oyunda Rəşad Əhmədov yaşananlara tab gətirə bildi. Futbolçular arasında yaşanan anlaşılmazlıqlar zamanı referi qırağa çəkilərək hadisələrə nəzarət edirdi. Yekunda başverənlərə uyğun qərarını verirdi. Lakin bəzi məqamlarda Əhmədovun davranışı qəribə idi. Məsələn, 56-cı dəqiqədə Emin Mahmudov qaydanı pozdu. "Qarabağ" futbolçuları millinin üzvünə sarı vərəqə verilməsini istəyirdi, "Neftçi" oyunçuları isə kapitanın qaydanı pozmadığını bildirirdi. Əvvəlcə ağdamlıların xeyrinə qərar verən referi VAR-dakıların müdaxiləsindən sonra cəirmə zərbəsini bakılıların xeyrinə verdi. Belə kiçik nüansları nəzərə almasaq, referi görüşü ideala yaxın idarə etdi.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

7-10-2022, 15:0

Heç kim “imtahandan kəsilmədi” - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa / Manşet

29-09-2023, 18:0

Mutu və Musayev narazı qaldı, Rəşad Sadıqov hakimin tərəfini tutdu - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa / Manşet

8-12-2022, 12:0

Məmmədov VAR-a güvəndi, Əhmədov yox - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Aktual
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
“Kəpəz” azarkeşləri və Yusif İmanov arasında qalmaqal
Ayxan Abbasov gedir, “Şamaxı” rəhbərliyi qəbul etmək istəmir
Çempion bəllidi, 2-ci yerə iki namizəd var
Əli Bəşirovun harda zədələndiyi bəlli oldu – Aftandil Hacıyevdən açıqlama
"Tofiq Bəhramov"da 11 boş sektor: tribunalarda cəmi 17830 tamaşaçı var... - FOTOLAR
Son xəbərlər
  • Bu gün, 00:16
    Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
  • Dünən, 23:53
    Azərbaycan şahmatı: uğur, yoxsa uğursuzluq?
  • Dünən, 23:26
    Azərbaycan derbisinə bilet alacaq azarkeşlərin diqqətinə!
  • Dünən, 22:58
    Dünya çempionatında iştirak etməyəcək
  • Dünən, 22:28
    Burak Yılmazdan gələcəyi ilə bağlı yeni qərar
  • Dünən, 21:57
    "Üç xal qazandığımız üçün sevincliyik" - Saşa İliç
  • Dünən, 21:27
    "Azarkeşlərdən bu nəticələrə görə üzr istəyirik" - Kaxaber Sxadadze
  • Dünən, 20:57
    Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
  • Dünən, 20:26
    ''Fənərbaxça'' Edersonun menecerini İstanbula çağırdı
  • Dünən, 19:55
    "Kəpəz" uduzdu, "Sumqayıt" qalib gəldi - YENİLƏNİB
  • Dünən, 19:26
    “Turan” ölkə çempionu oldu
  • Dünən, 18:51
    “Yusif İmanov cəzalanacaq” - Azər Bağırov
  • Dünən, 18:25
    “Bu gün oyun haqda danışaq” – Jorj Kaşkilya
  • Dünən, 18:14
    “Kəpəz” azarkeşləri və Yusif İmanov arasında qalmaqal
  • Dünən, 17:09
    "Sumqayıt" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Dünən, 16:38
    Millinin üzvlərinə xatirə hədiyyəsi təqdim olundu
  • Dünən, 16:17
    Mikelsin üz sümüyü qırılıb
  • Dünən, 15:18
    Ayxan Abbasov gedir, “Şamaxı” rəhbərliyi qəbul etmək istəmir
  • Dünən, 14:57
    "Kəpəz" - "İmişli": START HEYƏTLƏRİ
  • Dünən, 14:26
    Çempion bəllidi, 2-ci yerə iki namizəd var
  • Dünən, 13:55
    Nərimanın komandası uduzdu
  • Dünən, 13:24
    Əziz Yıldırım ''Fənərbaxça''nın transfer siyasətini yıxıb sürüdü
  • Dünən, 12:53
    Əli Bəşirovun harda zədələndiyi bəlli oldu – Aftandil Hacıyevdən açıqlama
  • Dünən, 12:22
    "Qızlar bütün tapşırıqları yerinə yetirdi" - millimizin məşqçisi
  • Dünən, 11:51
    Salah ilə Robertsonu kimlər müşayiət edəcəklər?
  • Dünən, 11:20
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 10:59
    25 illik həsrətə son qoydular
  • Dünən, 10:28
    "Beşiktaş'' 6 milyon avroya aldığı futbolçu ilə vidalaşır
  • Dünən, 09:57
    Arzuolunmaz kürəkən... – REPLİKA
  • Dünən, 00:15
    "Bəlkə, oyunçularımın yaşam tərzlərini daha çox incələməliyəm" - Qurban Qurbanov
  • 18-04-2026, 23:0
    “Real”ı kimlər tərk edəcəklər?
  • 18-04-2026, 23:0
    "Oyunçularım boşluqları bağladı, rəqib heç nə ilə yadda qalmadı" - Valdas Dambrauskas
  • 18-04-2026, 22:0
    İtaliyalı ulduz ''instaqram''ın ulduzunu söhbətə çağırdı və... səhvini etiraf etdi
  • 18-04-2026, 22:0
    Dilinin bəlasına düşdü
  • 18-04-2026, 22:0
    “Liverpul”u tərk etməyəcək
Daha çox
Oxunub: 430
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 260
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 251
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 234
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 176
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Oxunub: 160
Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə