Misli premyer-liqasının 15-ci turunun “Kəpəz” – “Sabah” matçından sonra keçirilən mətbuat konfransında “tələbələr”in baş məqşçsi Murad Musayev yenə hakimliyin üzərində xüsusi dayandı.
Və bu zaman maraqlı cümlə işlətdi: “Marko Yankoviç Namik Ələskərova qarşı kobud oynayır, amma heç televizorda da göstərilmir”. Aydındı ki, burda irad premyer-liqanın yayınçı şirkəti “CBC Sport”a ünvanlanıb. Beləliklə, ilk dəfə baş məşqçinin teleyayından narazılığını da eşitdik. Rusiyalı çalışdırıcı kanalı ya “Qarabağ”a tərəfkeşlikdə suçladı, ya da hakim biabırçılıqlarını ört-basdır etməklə. Hər halda, ciddi iddiadı.
“Football-plus.az” olaraq, “CBC Sport”un Xəbərlər Xidmətinin direktoru Şəmsəddin Abbasovla əlaqə saxladıq. O, saytımıza açıqlamasında Murad Musayevin fikirlərinə hörmətlə yanaşdığını, lakin bu mövzuda əlavə söz deməyə ehtiyac olmadığını bildirdi.
KƏNAN BAHADIR
Murad Musayev “CBC Sport”u suçladı, telekanal susdu
Premyer-liqa / Manşet




