''Fənərbaxça''nın bu yay heyətinə qatmasına rəğmən o qədər də çox oynamaq şansı qazanmayan Rayan Kent ilə bağlı transfer xəbəri yayılıb.
Türkiyə mətbuatının yazdığına görə Acun Ilıcalının sahibi olduğu çempionşip təmsilçisi ''Hall Siti'' bu futbolçunu mövsümün ikinci dövrəsi üçün icarəyə götürmək istəyir.
Hazırda danışıqlar prosesi davam edir. İngiltərəli vinger özü də vətəninə qayıtmağın əleyhinə deyil. ''Fənər''ə gələnə qədər uzun illər ''Reyncers''də top qovan və ulduzu məhz bu klubda parlayan Kent İngiltərə və Şotlandiya klublarının da hədəfindədi. 27 yaşlı futbolçu bu mövsüm İstanbul nəhəngində 15 rəsmi oyunda forma geyərək yalnız 1 qol, 2 məhsuldar ötürmə ilə fərqlənib.
Kent ''Fənərbaxça''dan ''Hall Siti''yə keçən 4-cü futbolçu ola bilər. Acun Ilıcalı bu klubun sahibinə çevrildikdən bu yana ''pələnglər'' ''Fənər''dən Ozan Tufan, Allahyar Sayyadmaneş və Bora Aydınlıkı (icarə) heyətə qatıblar.
ƏLİ