''Fənərbaxça''dan ''Hall Siti''yə daha bir oyunçu

2.09.2023 10:55 287
Dünya futbolu
''Fənərbaxça''dan ''Hall Siti''yə daha bir futbolçu yollanıb.

"Football-plus.az" xəbər verir ki, söhbət 18 yaşlı yarımmüdafiəçi Bora Aydınlıkdan gedir.

Çempionşipdə çıxış edən Acun Ilıcalının sahibi olduğu komanda istedadlı futbolçunu birillik icarəyə götürüb. ''Fənər''in öz yetirməsi olan 2005-ci il təvəllüdlü oyunçu əsas komandada rəsmi oyunlarda debüt etməyib. O yalnız hazırlıq oyunlarında şans qazanıb.

Qeyd edək ki, Acun Ilıcalı ''Hall Siti''nin sahibinə çevrildikdən bu yana Bora Aydınlık ''Fənərbaxça''dan bu kluba keçən 4-cü futbolçu oldu. Buna qədər Allahyar Səyyadmaneş, Ozan Tufan və Dimitrios Pelkas İstanbul nəhəngindən ''pələnglər''in heyətinə yollanmışdı.

ƏLİ