Niyə "Xankəndi" adı saxlanılmadı? Yığmamızın sabiq üzvlərindən neçəsi Əfranın komandasında olacaq? Kimlər onun təklifindən imtina edib?
"Football-plus.az" saytı olaraq, bu sualları aydınlaşdırmaq üçün Əfran İsmayılova müraciət etdik:
"Adımızın "İnter" olmasını rəhbərlik istədi. Biz də razılaşdıq. Əsas odu ki, veteran futbolçularımızı bir araya gətirəcək komandamız olsun. Milli üzvlərinin, demək olar, hamısı klubda yer alacaq. Ruslan Abuşovun bir qədər işləri var, komandaya gec qoşulacaq. Mahir Şükürovla Vaqif Cavadov işlərinin çoxluğunu əsas gətirərək komandada yer almaq istəmədilər. İstənilən halda hamıya təşəkkür edirəm. Ümid edirəm ki, minifutbol çempionatımızda yaxşı komanda görəcəksiz".
ABDULLA İSMAYILOĞLU






