Əfran İsmayılov “Qarabağ”dan cavab gözləyir

16.10.2023 12:16 262
Ölkə futbolu / Manşet
Əfran İsmayılovun minifutbol komandası yaratması haqda ötən saylarımızda xəbər vermişdik. Yığmamızın sabiq üzvü məsələlərin böyük ölçüdə həll olunduğunu, adqoymanın qaldığını vurğulamışdı. Bəs komandanın adı nə olacaq?

Bunu aydınlaşdırmaq üçün Əfrana yenidən müraciət etdik:

"Əsasən "Qarabağ" adı üzərində dayanmışıq. Hazırda "Qarabağ" klubu ilə bu mövzuda danışıqlar gedir. Onların razılığını gözləyirik. İnşallah, bu sahədə müsbət cavab alacağıq. Alınmasa, başqa variant üzərində dayanacağıq".


ABDULLA İSMAYILOĞLU