Əfran İsmayılovun “Qarabağ” arzusu çin olmadı

26.10.2023 18:56 309
Ölkə futbolu / Manşet
“Xankəndi” minifutbol komandasının yaradıldığını xəbər vermişdik.

“Football-plus.az”a daxil olan məlumata görə, klubun rəhbəri Minifutbol Federasiyasının prezidenti və “Zirə"nin İdarə heyətinin sədri Orxan Məmmədov, baş məşqçisi millimizin və “Araz-Naxçıvan”ın futzalçısı Xətai Bağırov, kapitanı “Araz-Naxçıvan”ın məşqçisi Əfran İsmayılovdu.

Həmçinin komandanın adının “Qarabağ” olması gündəmdə idi. Bizdə olan bilgiyə görə, Orxan bəy bununla bağlı premyer-liqa klubuyla danışıq aparsa da, “Qarabağ”la razılıq əldə edilməyib. AFFA-nın baş katibi Sərxan Hacıyev komandanın minifutbol çempionatında iştirakını təklif edib. Beləliklə, təklifi müsbət dəyərləndirən “Xankəndi” yeni mövsümdən turnirdə iştirak edəcək. Qeyd edək ki, çempionatın püşkü noyabrın əvvəlində atılacaq.

KƏNAN BAHADIR