Liqa 1-də zəruri istefa

1.12.2023 13:09 190
Dünya futbolu
“Nant”da baş məşqçi dəyişikliyi zərurətə çevrilib.

"Football-plus.az" xəbər verir ki, Pyer Aristuin qeyri-qənaətbəxş nəticələrə görə istefaya göndərilib. 43 yaşlı mütəxəssis komandanı bu ilin mayından çalışdırırdı.

Komandanın son 4 oyundan 3 məğlubiyyət və 1 heç-heçə ilə ayrılması onun işini itirməsinə səbəb olub. “Nant” hazırda Fransa çempionatının yüksək divizionu olan Liqa 1-də 13 oyuna 15 xalla 11-ci yerdədi.