La Liqada zəruri istefa

2.05.2023 10:52 279
Dünya futbolu
“Xetafe”də baş məşqçi dəyişikliyi vacib sayılıb. Kike Sançes Flores istefaya göndərilib.

"Football-plus.az" xəbər verir ki, ispaniyalı çalışdırıcı ölkə çempionatın 31-ci turunun “Almeriya” ilə ev oyununda 1:2 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.

Komanda hazırda turnir cədvəlində 31 xalla 18-ci yerdədi. Flores sonuncu dəfə “Xetafe”yə 2021-ci ilin oktyabrında təyinat almışdı. O, 2004-05 və 2015-ci illərdə də bu komandaya rəhbərlik edib.

Baş məşqçi vəzifəsini müvəqqəti olaraq idman direktoru Ruben Reyes yerinə yetirəcək.