“Nant” rəhbərliyi Antuan Kombuare ilə yolları ayırıb. Baş məşqçi istefaya göndərilib.
"Football-plus.az" xəbər verir ki, “Nant” Fransa çempionatında son 11 oyunda qalib gələ bilməyib. Komanda hazırda Liqa 1-in turnir cədvəlində 17-ci yerdədi. 59 yaşlı Kombuare “bülbüllər”i 2021-ci ilin fevralından çalışdırırdı. O, “Nant”ı ötən mövsüm Fransa kubokunda qələbəyə daşımışdı. Komandaya bu mövsümün sonuna kimi Pyer Aristui başçılıq edəcək. Onun qarşısında “Nant”ı yüksək liqada saxlamaq vəzifəsi qoyulub.