"Panatinaikos" Şuşa klubunu mübarizədən kənarlaşdırdı

30.11.2023 10:00 162
İdman
Kişi voleybolçulardan ibarət “Xarı Bülbül” Çelenc Kubokunda növbəti oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, təmsilçismiz Yunanıstanda “Panatinaikos”un qonağı olub.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 3:1 (25:16, 25:12, 23:25, 25:16) Bakıda reallaşan ilk matçda 0:3 hesabı ilə uduzan Şuşa klubu mübarizəni dayandırıb.

Qeyd edək ki, “Xarı Bülbül” Çelenc Kubokunun 1/32 finalında Slovakiyanın “Spartak” komandasını hər iki görüşdə məğlub edib (3:0, 3:1).