"Xarı Bülbül"dən qələbə

25.10.2023 22:49 228
İdman / Manşet
Kişi voleybolçulardan ibarət "Xarı Bülbül" komandası Çağırış kubokunda ilk oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, Şuşa təmsilçisi 1/32 finalın ilk oyununda Slovakiyanın "Spartak" klubu ilə üz-üzə gəlib. Bakıdakı Voleybol Mərkəzində reallaşan qarşılaşma təmsilçimizin 3:0 (25:23, 25:21, 27:25) hesablı qələbəsi ilə yekunlaşıb.

Cavab görüşü sabah eyni arenada gerçəkləşəcək.