Çelenc Kuboku: "Xarı Bülbül"ün Yunanıstan klubu ilə oyunlarının vaxtı

1.11.2023 14:22 197
İdman
Kişi voleybolçulardan ibarət “Xarı Bülbül" komandasının Çelenc Kubokunda növbəti oyunlarının vaxtı bəlli olub.

"Football-plus.az" xəbər verir ki, Yunanıstanın “Panathinaikos" klubu ilə 1/16 finalın ilk oyunu noyabrın 21-də Bakıda, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək. Qarşılaşma saat 19.00-da start götürəcək.

Noyabrın 29-da Yunanıstanda reallaşacaq cavab görüşü isə Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.

Qeyd edək ki, “Xarı Bülbül" əvvəlki mərhələdə Slovakiyanın “TJ Spartak” komandasını mübarizədən kənarlaşdırıb.