"Xarı Bülbül" "Panatinaikos"a məğlub oldu

21.11.2023 23:58 253
İdman
Kişi voleybolçulardan ibarət “Xarı Bülbül” Çağırış kubokunda növbəti oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, Şuşa təmsilçisi 1/16 finalda ilk matçına çıxıb.

Ziya Rəcəbovun baş məşqçisi olduğu kollektiv Bakıda Yunanıstanın “Panatinaikos” klubu ilə üz-üzə gəlib. GİN-in Voleybol Mərkəzində keçirilən matç qonaqların 3:0 (25:20, 25:17, 25:20) hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, cavab oyunu noyabrın 29-da Yunanıstanda baş tutacaq.