Çelenc kuboku: “Xarı Bülbül” 1/16 finalda ilk oyununa çıxacaq

21.11.2023 11:34 216
İdman
Kişi voleybolçulardan ibarət “Xarı Bülbül” Çelenc kubokunda bu gün növbəti oyununu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, Şuşa təmsilçisi 1/16 finalda ilk matçına çıxacaq.

Ziya Rəcəbovun baş məşqçisi olduğu kollektiv Bakıda Yunanıstanın “Panatinaikos” klubu ilə üz-üzə gələcək. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq qarşılaşmaya saat 19.00-da start veriləcək.

Afina təmsilçisi ilə cavab görüşü noyabrın 29-da Yunanıstanda reallaşacaq.

Qeyd edək ki, “Xarı Bülbül” Çelenc kubokunun 1/32 finalında Slovakiyanın “Spartak” komandasını hər iki görüşdə məğlub edib (3:0, 3:1).