"Football-plus.az" xəbər verir ki, ingilislər İstanbula 7 itki ilə gələcəklər. Reşford cəza, Maunt, Martines, Malasia, Evans, Eriksen, Kazemiro isə zədə üzündən oyunu buraxmalı olacaq. Bu komandaların ilk oyununda ''Qalatasaray''a 2 qol vurmuş Höylunnun durumuna isə matçdan bir neçə saat öncə aydınlıq gələcək. Bu arada ''Yunayted''in kapitanı Bruno Fernandeş Türkiyə çempionunu tərifləyib. Bu mövsüm 18 rəsmi oyunda 4 qol, 4 məhsuldar ötürmə ilə fərqlənən 29 yaşlı portuqaliyalı yarımmüdafiəçi bunları deyib:
''Qarşıdakı oyunun bizim üçün necə böyük əhəmiyyət kəsb etdiyinin fərqindəyik. Bizi möhtəşəm atmosfer gözləyir. Atmosferdən savayı ''Qalatasaray'' özü də əla komandadı və necə güclü oynadıqlarını ilk oyunda gördük. İşimiz çətin olacaq. Amma özümüzü hər şeyə hazırlayacağıq. 3 xala ehtiyacımız var. Son turda öz meydanımızda ''Bavariya'' ilə oynayacağıq. Həmin görüşün formal xarakter daşımaması üçün İstanbulda əlimizdən gələni etməliyik''.
ƏLİ


