"Mançester Yunayted"in sabiq futbolçusu "Qalatasaray"da

8.09.2022 13:28 343
Dünya futbolu
Son klubu "Mançester Yunayted" olan Xuan Mata karyerasını Türkiyədə davam etdirəcək.

"Football-plus.az" xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi "Qalatasaray"la anlaşıb. İspani futbolçu "sarı-qırmızılar"la müqavilə imzalamaq üçün İstanbula gəlib.

Mata "Qalatasaray"la 1 illik müqavilə imzalayacaq.

Karyerası ərzində "Valensiya", "Çelsi", "Mançester Yunayted" kimi klublarda forma geyinən yarımmüdafiəçi İspaniya yığmasında 41 oyuna 10 qol vurub.