Fernandeş oyundaşlarını arxada qoydu

2.04.2023 23:10 244
Dünya futbolu
“Mançester Yunayted”də mart ayının ən yaxşı oyunçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyanın qalibi Bruno Fernandeş olub. Portuqaliyalı yarımmüdafiəçi ötən ay bütün turnirlərdə iştirak etdiyi 5 oyunda 3 qolun və 1 məhsuldar ötürmənin müəllifi olmuşdu. Bruno cari mövsümdə ilk dəfə ayın ən yaxşı futbolçusu seçilib. 28 yaşlı Fernandeş azarkeşlər arasında keçirilən sorğuda Markus Reşford ilə Lisandro Martinesi arxada qoyub.