• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qavini Avropa çempionatında görməyəcəyik!

Dünya futbolu

27-11-2023, 19:0

Xəbər verdiyimiz kimi, “Barselona”nın yeniyetmə ulduzu Qavi noyabrın 19-da İspaniya və Gürcüstan yığmaları arasında keçirilən AÇ-2024-ün seçmə oyununda ciddi zədə alıb.

“Football-plus.az” xəbər verir ki, daha dəqiq desək, o, yığması üçün heç bir əhəmiyyət daşımayan oyunda xaçabənzər bağlarını qıraraq uzun müddətə sıradan çıxıb. İş ondadı ki, “qırmızı furiya” artıq həmin ev oyununa qədər qitə birinciliyinin final mərhələsinə vəsiqəni təmin etmişdi. Gürcülərlə oyunun nəticəsi İspaniya yığmasının turnir cədvəlindəki vəziyyətinə təsir göstərməyəcəkdi. Bununla belə, Luis de la Fuente meydana yığmanın əsas heyətini buraxmağa qərar verdi. Çoxları mütəxəssisi futbolçuların sağlamlığına həssas münasibət göstərməməkdə suçlayır.
Təbii ki, Qavi təkcə yığmada yox, klubda da müntəzəm çıxış edir. Xaçabənzər bağları zədələdiyi vaxt o, 19 yaş 3 ay 14 günlük idi. Pablo həmin ana qədər “Barsa”nın əsas komandasında və İspaniya yığmasında 148 oyuna çıxıb, 9410 dəqiqə meydanda olub. İstedadlı yarımmüdafiəçi 2021/22 mövsümündə 57, 2022/23 mövsümündə 76, nəhayət, 2023/24 mövsümündə 15 oyun keçirib. “As” qəzetindən olan həmkarlarımız Qavinin meydanda keçirdiyi oyun vaxtını La Liqanın sabiq ulduzlarının məhz onun yaşında olarkən keçirdiyi vaxtla müqayisə ediblər. “Blauqrana”nın yarımmüdafiəçisinə ən yaxın mövqedə Raul qərarlaşıb. “Real”ın əfsanəsi 19 yaşında 105 oyuna çıxmaqla meydanda 7389 dəqiqə olmuşdu. Raul Qavidən 43 oyun az keçirmişdi.

“As”ın araşdırmasının nəticəsi:
oyunçu oyun dəqiqə
Qavi 148 9410
Raul 105 7839
Torres 79 5457
K.Ronaldo 88 5396
Xavi 47 3963
Messi 62 3426
İnyesta 15 980

Gördüyümüz kimi, Qavinin statistikası “qorxu saçır”. Turnirlərin, deməli, həm də oyunların sayı get-gedə artır. Müasir dövrün futbolçuları əvvəlki vaxtla müqayisədə daha çox oynamağa başlayıb ki, bu da, sözsüz, onların sağlamlıq durumuna və fiziki formasına təsir göstərir. Bunun fonunda idmançıların əsas komandada futbol oynamağa başladığı yaş da azalmaqdadı. Top səviyyəli məşqçilər və futbolçular illərdi bu mövzuda dayanmadan danışırlar, daha doğrusu, gileylənirlər. Ancaq vəziyyət heç cür dəyişmir. Kommersiya-biznes maraqlarına əsir düşən dünyanın aparıcı futbol qurumları hadisələrin axarına müdaxilə etməkdə maraqlı deyil. Konkret bu mövsüm Qətərdə keçirilən qış dünya çempionatının fəsadlarını artıq hiss etməkdəyik. Musiala, Bellingem, Vinisius, Pedri, Gülər, Yamal – bunlar cari mövsümdə müxtəlif dərəcəli zədələrlə mübarizə aparmış və ya aparan gənc futbolçuların yalnız bir qismidi. İndi isə bu siyahıya Pedro Qavi də qoşulub.

Deku: “Qavini heç kimlə əvəz edə bilmərik”
EFE agentliyinə danışan “Barselona”nın idman direktoru Deku Qavini komanda üçün əvəzolunmaz oyunçu adlandırıb: “Bu gün üçün Qavi əvəz olunması mümkünsüz görünən oyunçudu. Bazarda onun işini görməyə qadir olan, belə mentallığa və bacarıqlara malik əlçatan futbolçu yoxdi. Qavini kimlə əvəz etməklə bağlı mübahisələr yanlışdı. Düşünmək ki, biz Pedronu əvəz etməyə qadir olan futbolçu tapmağa hazırlaşırıq – bu səhvdi. Beləsini tapa bilməyəcəyik. Amma Qavinin zədəsinə görə ağlımızı itirmək fikrində də deyilik. Həm onun özü, həm də klub üçün kədərli xəbərdi. Ancaq biz Qaviyə əvəz axtarmırıq və tapmayacağıq”.

Yeri gəlmişkən...
Qavi çərşənbə axşamı, yəni noyabrın 28-də sağ dizinin ön xaçabənzər bağlarının qırılmasına görə əməliyyat olunacaq. Bu haqda xəbəri “Marca” yayıb. Belə ağır zədədən sonra bərpa müddətinin nə qədər davam edəcəyi ilə bağlı fərqli fikirlər var. Bununla belə, əksər ciddi mənbələr futbolçunun ən azı 7-9 ay yaşıl meydandan kənarda qalacağını bildirir. Bu isə o deməkdi ki, “Barsa”nın yeniyetmə ulduzu mövsümün bundan sonrakı hissənini buraxmaqla yanaşı, yayda Almaniyada keçiriləcək Avropa çempionatına da yollana bilməyəcək.

Paylaş:
Digər xəbərlər

AÇ

22-11-2023, 19:0

İspaniya qələbə qazandı, ancaq Qavini itirdi

Dünya futbolu

15-09-2022, 23:0

“Barselona” oyunçusuna 1 milyard avro qiymət qoydu

Dünya futbolu

6-06-2022, 09:0

"Barselona"nın futbolçusu İspaniya millisinin tarixinə düşüb

Dünya futbolu

12-12-2022, 16:0

Yeni baş məşqçi bu müddətə kimi İspaniyanı çalışdıracaq

Dünya futbolu

26-07-2023, 14:0

Silva karyerasını başa vuracaq?

İdman

6-07-2023, 11:0

İspaniya yığması da heyətini açıqladı

Aktual
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
Son xəbərlər
  • Bu gün, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Bu gün, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Dünən, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Dünən, 15:01
    Karyerasını başa vurdu
  • Dünən, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Dünən, 13:59
    Milli komandada yeni anlaşma
  • Dünən, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Dünən, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Dünən, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Dünən, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Dünən, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Dünən, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Dünən, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Dünən, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • 2-06-2026, 23:0
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • 2-06-2026, 23:0
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • 2-06-2026, 22:0
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • 2-06-2026, 22:0
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
Daha çox
Oxunub: 407
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 209
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 200
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 188
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə